Xəbər lenti

Gecələr Bakı sakinlərinin qorxulu yuxusuna çevrilən dəstə yaxalandı
Ölkə11:16 02.11.2013

Gecələr Bakı sakinlərinin qorxulu yuxusuna çevrilən dəstə yaxalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində müxtəlif cinayətlər törədən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən ans press-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Rabil Əliyev tutulub. Araşdırmalar zamanı məlum olub ki, o, noyabrın biri saat 11:00 radələrində Biləcəri qəsəbəsində Əminə Mirzəyevanı bıçaqla hədələyərək 300 manat pulunu alıb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.

Bundan başqa, Biləcəri qəsəbəsində gecələr sakinlərin qorxulu yuxularına çevrilən cinayətkar dəstə ifşa olunub. Belə ki, bu il oktyabrın 27-nə keçən gecə Biləcəri qəsəbəsi Binəqədi şossesində Xəyyam Həsənova məxsus “VAZ-2107” markalı avtomaşından pul kisəsi və 2 ədəd fleşkart oğurlanyan şəxslər tutulub. Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nətijəsində oğurluqda şübhəli bilinən Mahmud Məmmədov, Əli Qəhramanov və Elmədddin Zeynalov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, onlar ayrı-ayrı vaxtlarda Biləcəri qəsəbəsində yerləşən daha bir neçə evdən oğurluq ediblər.

Belə ki, saxlanılan şəxslər Məleykə Məhərrəmovanın evindən 1500 manat, Camal Qəhrəmanovun evindən 200 manat, qızıl-zinət əşyaları, Şahin Qasımovun evindən 500 manat, İradə Abdullayevanın evindən 5000 manat, qızıl-zinət əşyaları oğurlayıblar.

Onların əməlləri bununla da bitməyib. Onlar Xəyalə Quliyevanın evindən pul, Pərviz Əhmədovun evindən mobil telefon, Aynur Mursaqulovanın evindən qızıl-zinət-əşyaları, Elmidar Abdullayevin həyətindən samovar, Şövkət Bəylərovanın mağazasından pul, İlham Hacıyevin həyətindən velosiped oğurlayıblar. Eyni zamanda, cinayətkar dəstə müxtəlif vaxtlarda, müxtəlif şəxslərin də evinə basqın ediblər.

Qaynar.info