Xəbər lenti

Gədəbəydə "Jiquli" ilə "Niva" toqquşdu: yaralılar var
Ölkə15:08 10.06.2018

Gədəbəydə "Jiquli" ilə "Niva" toqquşdu: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gədəbəydə 2 avtomobil toqquşub.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, hadisə rayonun Düzyurd kəndində baş verib. 
"Niva" markalı avtomobillə "Jiquli" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər - Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Əşrəfli Zamin Zakir oğlu, Gədəbəy rayon sakinləri: - 1984-cü il təvəllüdlü Cəfərov Afiq İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Musayev Firdovsi İslam oğlu, habelə daha bir nəfər yaralanıb. Dördüncü yaralı özəl xəstəxanaya aparılıb. 
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.