Xəbər lenti

Gədəbəyə dolu düşdü, Vəlvələçaydan sel keçib (VİDEO)
Ölkə15:51 11.06.2023

Gədəbəyə dolu düşdü, Vəlvələçaydan sel keçib (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Qusar, Altıağac, Qrız, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Gədəbəy rayonunda saat 15:10-15:20 radələrində diametri 10 mm olan dolu düşüb.
Saat 16:10 radələrində Quba rayonu ərazisindən keçən Vəlvələçayda sel müşahidə olunub.