Xəbər lenti

Gediş haqları qaldırılsın! - TƏKLİF
Ölkə07:28 18.11.2013

Gediş haqları qaldırılsın! - TƏKLİF

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Nəqliyyat Nazirliyinə sahibkarlar tərəfindən ictimai nəqliyyatda gediş haqlarının artırılması təklifi ilə məktublar daxil olur

Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov məlumat verib: «Nazirlik də məsələ ilə bağlı Tarif Şurasına bir dəfə müraciət edib. Lakin bu qurum təklifimizi məqbul hesab etməyib. Bununla əlaqədar biz ikinci dəfə gediş haqlarının artırılması ilə bağlı təklif irəli sürməmişik».
 
N.Həsənov bildirib ki, sahibkarlar Nəqliyyat Nazirliyinə istismar məsrəflərinin artdığını bildirirlər və bununla əlaqədar gediş haqlarının da artırılması təklif olunur: «Onlar həqiqətən də qiymətlərin qalxmasını istəyirlər. Son zamanlar bu məsələ ilə bağlı söz-söhbətlər də gəzir. Hətta maliyyə naziri də çıxışlarının birində bu haqda qeyd edib. Ümumiyyətlə, qiymətlərin qalxması üçün müəyyən əsaslar var. Ancaq bununla bağlı qərar vermək səlahiyyəti Tarif Şurasına aiddir».


Qaynar.info