Xəbər lenti

Gələn ay Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlandı
Ölkə13:32 28.05.2014

Gələn ay Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda iyunda 2 gün qeyri-iş günü olacaq. 
lent.az xəbər verir ki, buna səbəb gələn ay ölkəmizdə Milli Qurtuluş Günü və Silahlı Qüvvələr Gününün bayram günü kimi qeyd edilməsidir. İyunun 15-i (Milli Qurtuluş Günü) bazar gününə düşdüyündən iyunun 16-sı da (bazar ertəsi günü) qeyri-iş günü hesab olunacaq.
Silahlı Qüvvələr Günü (26 iyun) isə həftənin dördüncü gününə təsadüf edəcək. Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
Qaynar.info