Xəbər lenti

Gələn il 18 yaşı tamam olan gənclər yalnız bu halda qəbul imtahanına qatıla biləcək
Ölkə17:51 27.10.2019

Gələn il 18 yaşı tamam olan gənclər yalnız bu halda qəbul imtahanına qatıla biləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2020-ci ildə 18 yaşı tamam olan gənclərin qəbul imtahanlarında iştirak qaydaları bəlli olub.
Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq təlimatına əsasən, iyul ayının 30-dək 18 yaşı tamam olmuş gənclərin hərbi sənədlərində çağırışdan möhlət haqqında Dövlət Xidmətinin müvafiq qeydiyyatı və möhlət haqqında arayışı olmalıdır.
Həmin abituriyent yalnız bu halda qəbul imtahanlarında iştirak etmək üçün sənəd verə bilər.
Xatırladaq ki, 2020-ci ildə keçiriləcək imtahanların dəqiq tarixləri ilin əvvəllərində ictimaiyyətə elan olunacaq.