Xəbər lenti

Gələn il bu rayonlara dəmir yolları çəkiləcək
Ölkə19:19 09.04.2018

Gələn il bu rayonlara dəmir yolları çəkiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2019-cu ildən etibarən Azərbaycanın əsas turizm bölgələrinə yeni dəmir yolları çəkiləcək.
"Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.
"Turizmlə bağlı bizim əlavə addımlarımız dəmir yolu ilə bağlıdır. Mən bu layihəni artıq bəyan etmişəm. Biz bu il Qəbələ şəhərinə dəmir yolu çəkməyə başlayırıq. Bu, o bölgəyə turist axınını təmin edəcək. Bu il Qusar rayonuna dəmir yolunun çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırma aparılır. Yəqin ki, gələn ildən başlayaraq biz bu dəmir yollarını əsas turizm yerlərinə çəkəcəyik", - deyə dövlət başçısı əlavə edib.