Xəbər lenti

Gələn il müdafiə və milli təhlükəsizlik üçün ayrılacaq vəsait açıqlandı
Ölkə06:19 25.10.2022

Gələn il müdafiə və milli təhlükəsizlik üçün ayrılacaq vəsait açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-cü ilin dövlət büdcəsindən Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə 5,3 milyard manat ayrılacaq.
Qaynarinfo xəbər verir ki, bu Milli Məclisdə daxil olan "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.
Qanun layihəsində qeyd olunub ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır: "2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur”.