
Azərbaycanda gələn il üçün nəzərdə tutulan müsbət bir dəyişiklik də pensiyaların təkcə sığorta hissəsinin deyil, bütövlükdə məbləğinin indeksasiyası ilə bağlı olacaq.
Bunu parlamentin bugünkü plenar iclasında MM-in Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirib: "Bu da əhəmiyyətli artıma gətirib çıxara bilər".
Onun sözlərinə görə, 2017-ci ildə işsizliyə görə müavinətin artırılacağı da gözlənilir.
H.Rəcəbli bildirib ki, debitor borclar probleminin həlli istiqamətində aparılan işlər yaxşılaşdırılmalıdır: "Debitorlara qarşı sanksiyaların gücləndirilməsinə ehtiyac var". (“Report”)
Qaynarinfo.Az