Xəbər lenti

Gələn il şpris istehsalı zavodu istismara veriləcək
Ölkə19:33 22.12.2017

Gələn il şpris istehsalı zavodu istismara veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gələn il Azərbaycanda "Diamed Co.” təkistifadəlik şpris istehsalı zavodu istismara veriləcək.
Bu barədə "APA-Economics”ə açıqlamasında zavodun təsisçisi Aytən Quliyeva bildirib.
Xanım sahibkar qeyd edib ki, hazırda zavodun qurulması istiqamətində işlər aparılır: "Bu zavod Azərbaycan üçün çox önəmlidir. Zavod 2018-ci ildə istismara veriləcək. Hazırda mən zavodun qurulması ilə məşğulam”.
Təsisçisi vurğulayıb ki, ilkin mərhələdə zavodda istifadə olunan məhsul daxili tələbatın ödənilməsinə, növbəti illərdə isə ixraca yönəldiləcək.
"2018-ci ildə zavodda 100 milyon ədəd təkistifadəlik şprisin istehsal olunması planlaşdırılır. 2020-ci ildə bu göstərici 150-200 milyon ədədə çatdırılacaq”, - deyə A.Quliyeva bildirib.