Xəbər lenti

Gələn il üçün ehtiyac meyarının məbləği məlum oldu
Ölkə08:31 29.11.2019

Gələn il üçün ehtiyac meyarının məbləği məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub. 
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, bu, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb. 
Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.
Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.