Xəbər lenti

Gələn ilin büdcəsi gələn həftə açıqlanacaq
Ölkə13:30 03.09.2015

Gələn ilin büdcəsi gələn həftə açıqlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016-cı il üzrə dövlət büdcəsinin layihəsi ilə bağlı məlumatlar gələn həftə açıqlanacaq.

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev apa-ya belə deyib.

«Sentyabrın 1-də büdcə zərfinə daxil olan sənədlər toplusu Baş nazir Artur Rəsizadənin sədrliyi ilə Nazirlər Kabinetində müzakirə olunaraq Prezidentə təqdim edilib. Növbəti həftə isə 2016-ci ilin dövlət və icmal büdcələrinin layihələri hər il olduğu kimi, Milli Məclisə təqdim olunmamışdan əvvəl Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdiriləcək» - Mais Piriyev bildirib.

Son günlər bəzi kütləvi informasiya vasitələrində guya 2016-cı ilin dövlət büdcəsinin göstəricilərinin gizli saxlanılması ilə bağlı xəbərlər dərc olunub.

«Bu kimi reallıqdan uzaq, qərəzli şayiələrin yayılması ən azı təəccüb doğurur» - deyə nazirlik rəsmisi vurğulayıb. 

M. Piriyev bildirib ki, Milli Məclisə seçkilərin 2015-ci il noyabrın 1-ə təyin edildiyini nəzərə alaraq, bu il dövlət büdcəsi layihəsinin parlamentin müzakirəsinə vaxtından əvvəl çıxarılması da istisna olunmur.

Qaynar.info