
"Humanitar atəşkəs ümumiyyətlə, döyüşlərin tam dayandırılması demək deyil”.
BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, humanitar atəşkəs həlak olanların müəyyənləşdirilməsi, ərazidə cəsədlərinin yığışdırılması və təhvil-təslim edilməsi, yaxud da mülki əhalinin döyüş gedən ərazidən çıxarılmasıdır:
"Bəzən belə fikirlər səsləndirirlər ki, Ermənistan bundan istifadə edib öz mövqelərini, müdafiə xəttlərini möhkəmləndirəcək. Bu, hansısa hərbi hərəkətlənməsi, hərbi manevlərin icra olunması demək deyil. Azərbaycan razılaşmalıdır ki, Ermənistan gəlib ərazidən meyitlərini götürsün. Ermənistan tərəf isə öhdəlik götürür ki, hər hansı bir təyinatlı vasitələrin manevlərini həyata keçirməyəcək. Yalnız bu halda humanitar atəşkəs imzalanır”.
Ramil Məmmədlinin fikrincə, humanitar atəşkəsin olması zəruridir:
"Çünki döyüş gedən ərazidə həlak olan şəxslərin meyitləri var. Meyitlərin yığışdırılması, təhvil-təslim edilməsi kimi proseslər döyüşlərin müəyyən mərhələsində icra olunmalıdır. Əks təqdirdə ərazidə gigiyenik problemlər yarana bilər. Meyit bir gündən sonra sıradan çıxır, belə halların qarşısı alınır. Düşmən itki verə-verə geri çəkilir, çoxlu sayda itkilər var. Biz onların meyitlərini neynəyəcəyik? Onlara meyit yığanıq? Gəlib öz meyitlərinə sahiblik eləsinlər, yığıb aparsınlar. Yaxud da mülki əhalinin ərazini tərk etməsi kimi məsələlər var. İşğal olunmuş ərazidə ermənilər məskunlaşıb. Onlar ərazini tərk etməlidir. Buna isə döyüşlərin getməsi imkan vermir. Humanitar atəşkəsin imzalanması həmin şəxslərin ərazidən uzaqlaşdırılmasıdır”.
Bahar Rüstəmli