Xəbər lenti

Gəlin qayının qızıllarını oğurlayaraq, atasına satdırdı
Ölkə 18:43 26.05.2025

Gəlin qayının qızıllarını oğurlayaraq, atasına satdırdı

Qayının evindən qızlları oğurlayıb, atasına satdıran gəlinə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1996-cı il təvəllüdlü F.T. adlı qadına Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Rayonların birində ailə quraraq gəlin köçən F.T. adlı qadın qayının evindən 3000 manat dəyərində qızılları oğurladığı üçün saxlanılıb. 

6 aylıq övladı olan F.T. qayının evindən oğurluq etməsinin səbəbini valideynlərinin imkansız olması ilə əlaqələndirib. O, atasını qızılların özünə məxsus olduğuna inandıraraq satdırıb. Pulunu isə valideynlərinə xərcləyib. 

Məhkəmənin qərarı ilə F.T. barəsində 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Qadın cəza çəkdiyi müddətdə   elektron qolbaqda gəzəcək. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->