Xəbər lenti

Gəlin toy gecəsini həbsxanada keçirdi
Ölkə05:42 21.11.2013

Gəlin toy gecəsini həbsxanada keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
40 yaşlı sərxoş gəlin 31 yaşlı bəyə hücum çəkərək onun əlini dişləyib

ABŞ-ın Vaşinqton ştatında gəlin toy gecəsini həbsxanada keçirib. Tri-City Herald-ın verdiyi məlumata görə, 40 yaşlı sərxoş gəlin otel nömrəsində qeyri-müəyyən səbəbdən 31 yaşlı bəyin üstünə hücum çəkərək onun əlini dişləyib.

Ancaq həyat yoldaşı arvadına qarşı ifadə verməyərək polislərə onun işlədiyi əlini göstərməyib. Bununla belə polislər gəlini məişət zorakılığı, eyni zamanda ərinə hücum etməsi səbəbindən saxlayaraq həbsxanaya aparıbnlar. Gəlin gecəni orada keçirib. //ANS PRESS