Xəbər lenti

Gəmi Müfəttişliyi İdarəetmə Sistemi yaradılır
Ölkə14:27 19.06.2020

Gəmi Müfəttişliyi İdarəetmə Sistemi yaradılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Dəniz Administrasiyasının tabeliyində "Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” Publik Hüquqi Şəxs gəmilərin qüsurlarının yoxlanılması üçün avtomatlaşdırılmış Gəmi Müfəttişliyi İdarəetmə Sistemi (GMİS) yaradır
Qaynarinfo vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, bununla bağlı proqram təminatı(1), eləcə də rabitə sisteminin təkmilləşdirilməsi üçün avadanlıqların satınalınması(2) məqsədi ilə 2 açıq tender keçirilib.
Tenderlərin qalibi "Mas" MMC və "Azpilot LLC" şirkətin Azərbaycandakı filialıdır.
Qalib şirkətlərə müvafiq olaraq 236 min manat və 147,2 min manat, ümumilikdə isə 383,2 min manat ödəniləcək.