Xəbər lenti

Gəmi yanğınında yaralananlardan biri vəfat etdi
Ölkə13:20 12.05.2019

Gəmi yanğınında yaralananlardan biri vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, mayın 8-də axşam saatlarında Xəzər dənizində "İsrafil Hüseynov” borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alan "Saipem” şirkətinin 11 əməkdaşı (o cümlədən Azərbaycan vətəndaşları) Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına göndərilib.
Şirkətdən Qaynarinfo-ya verilən məlumata görə, bu gün səhər saatlarında yaralılardan biri Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Daha yüngül xəsarət almış 3 nəfər vətənlərinə qayıdıb. Şirkətin digər əməkdaşlarının həyati təhlükəsi aradan götürülüb.