Xəbər lenti

Gənc azərbaycanlı qadın Türkiyədə faciəvi şəkildə həlak oldu (FOTO)
Ölkə13:07 17.12.2022

Gənc azərbaycanlı qadın Türkiyədə faciəvi şəkildə həlak oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin İğdır şəhərində binanın 4-cü mərtəbəsindən yıxılan 22 yaşlı azərbaycanlı Səbinə Sadıqova həlak olub.
Qaynarinfo-nun məlumatına görə, hadisə dünən axşam saatlarında, şəhərin Rıza Yalçın küçəsində yerləşən binada baş verib. 
Azərbaycanlı Səbinə Sadıqova naməlum səbəbdən binanın 4-cü mərtəbəsindən beton döşəməyə yıxılıb.
Hadisə yerinə polis və tibb işçiləri gəlib. Meyit müayinə olunmaq üçün İğdır Dövlət Xəstəxanası morquna aparılıb. 
Polis hadisənin təfərrüatlarını araşdırmalar davam etdirilir. Azərbaycanlı gənc qızın ölümündə şübhələr olduğu bildirilir. Belə ki, ətrafdakılar qadının yaşadığı binada qışqıraraq yıxıldığını iddia ediblər. 
Qadının əvvəlki evliliyindən bir oğlu olduğu var.
Əhməd