Xəbər lenti

Gənc fəal Bakı İstintaq Təcridxanasına salınıb
Ölkə18:17 28.05.2014

Gənc fəal Bakı İstintaq Təcridxanasına salınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binəqədi Rayon Məhkəməsi mayın 27-də gənc fəal Orxan Eyyubzadə barədə 1 aylıq həbs qətimkan tədbiri seçib. 

 Bakı İstintaq Təcridxanasına salınan gənc Cinayət Məcəlləsinin 315.1 maddəsi ilə ittiham edilir. “Media form” xəbər verir ki, işi Binəqədi Rayon Prokurorluğu aparır.

Mayın 6-sı “Nida” fəallarına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulan Orxan Eyyubzadəyə 20 sutka həbs cəzası verilmişdi. O, cəzasını Bakı polisinin Binəqədidəki məntəqəsində çəkib və mayın 26-da azadlığa çıxmalı idi. Ancaq həmin gün ona cinayət işi qaldırılıb.

Cinayət Məcəlləsinin 315-ci maddəsinin 1-ci hissəsinə görə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırlır.

Qaynar.info