
Bakıda gənc fəal Pərviz Əzimov polis əməkdaşı tərəfindən döyülüb.
Qaynar.info-nun məlumatına görə, P.Əzimov bu barədə "Facebook" səhifəsində yazıb: "20 yanvar ərazisində rayona getmək üçün taksi gözləyirdim. Arxamdakı polis maşını siqnal verirdi. Eşitmədim, təhqir etməyə başladı. Təhqirə yol verməməsini tələb etdim. Sonra o, maşından düşüb, mənə hücum etdi, yumruq vurdu. Polis özünü təqdim etmədi, amma sürdüyü maşının nömrəsi 90-AU-290 idi. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etmişəm".
Qaynar.info