
Bu gün Nərimanov rayon məhkəməsində gənc fəal Ömər Məmmədovun barəsinə seçilmiş 3 aylıq həbs qəti imkan tədbirindən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilir.
Əməkdaşımızın verdiyi xəbərə görə, Ö.Məmmədov məhkəmə binasına gətirilib, ancaq məhkəməyə heç kəs buraxılmır. Məhkəmənin qapalı olacağı bildirilir.
Ömər Məmmədovun hüquqlarını vəkillər Əlayif Həsənov və Xalid Bağırov müdafiə edirlər.
Qeyd edək edək ki, Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir. N!DA Vətəndaş Hərəkatının keçmiş üzvüdür.
Ömər Məmmədov 24 yanvar 2014-cü il tarixində həbs edilib. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə cinayət işi açılıb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda Şüvəlan təcridxanasında saxlanır.//musavat.com




