
15 sutkalıq həbs cəzası almış gənclər - NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Kənan Qasımlı, Azad Gənclik Təşkilatının(AGT) sədri Ülvü Həsənli və üzvü Məcid Mərcanlı bu gün Binəqədi müvəqqəti saxlanma təcridxanasından azad olunublar.
Bu haqda Elitar.Az-a NİDA-nın mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, gənclər iyulun 14-ü saxlanılıb. Polis idarəsində gənc fəalların saxlanma səbəbi olaraq bir neçə gün öncə şəhərdə hakimiyyət əleyhinə yayılan vərəqlər göstərilib. Həmin vərəqələrdə “Hakimiyyətin mənbəyi sənsən!”, “Hakimiyyətdən qorxma!”, “Hakimiyyətə etiraz et!” və “Hakimiyyəti dəyiş!” şüarları yazılıb.
Qaynar.info