
Ötən gün saxlanılan gənc fəallar - Milli Şuranın İcra Aparatının və Seçki Qərargahının sosial şəbəkələr üzrə xidmət rəhbəri, Azad Gənclik Təşkilatının İdarə Heyətinin üzvü Ülvi Həsənli, eyni təşkilatın İdarə Heyətinin başqa bir üzvü Məcid Mərcanlı və “NİDA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlının məhkəməsi keçirilib. Prosesin keçirildiyi Səbail rayon Məhkəməsində olan gənclərin Musavat.com-a verdiyi məlumata görə, onların hər üçü 15 sutka müddətinə azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Məcid Məcidli, Kənan Qasımov və Ülvi Həsənov ictimai qaydanı pozduqlarına və polisin qanuni tələbinə qəsdən tabe olmadıqlarına, habelə müqavimət göstərdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar.