"NİDA" hərəkatının üzvlərinin və "Azad gənclik" təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilir. Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə hakim Cavid Qurbanovun sədrliyilə baxılır. Dövlət ittihamçısı Nemət Əvəzovdur.
Əməkdaşımızın verdiyi məlumata görə, məhkəmə prosesi saat 10:30-da başlamalı olsa da, Rəşadət Axundovun vəkilinin ləngiməsi üzündən məhkəmə gec başlayıb. Məhkəmənin qarşısına təqsirləndirilən şəxslərin yaxınları, jurnalistlər, fəal gənclər toplaşıb.
Məhkəmə zalına yalnız müttəhimlərin valideynlərini və vəkillərini buraxıblar.
Məhkəməyə gələnlər arasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da var.
Qaynar.info



