Xəbər lenti

Gənc həkimlərə şad xəbər!
Ölkə09:35 11.02.2015

Gənc həkimlərə şad xəbər!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənc həkimlərə şad xəbər! 

Azərbaycan Tibb Universitetini bitirən həkimlərin nəzərinə!

Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzi konkurs əsasında terapevt, kardioloq, ginekoloq, dermatoloq, nevropatoloq, USM-həkimi, həkim-laborant, kosmetoloq həkimlərin İsrailin Suraski adına İxilov Dövlət xəstəxanasında və Birinci Tel-Aviv Tibb Mərkəzində Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin vəsaiti hesabına İsraildə ixtisasartırma məqsədi ilə təhsil almasını təşkil edir. Təhsil müddəti 7-14 gün. Kursu bitirmiş həkimlər İsrail Birinci Tel-Aviv Dövlət Tibb Mərkəzinin beynəlxalq sertifikatları ilə və Azərbaycan-İsrail Beynəlxalq tibb mərkəzində işlə təmin olunacaqlar. 

Təhsil almaq istəyənlər öz CV-lərini [email protected] mail adresinə göndərə bilərlər. 

Əlavə məlumat üçün telefon: 

012-436-28-31 

055-577-83-63

Qaynar.info