Müasir Azərbaycan heykəltəraşlığında öz üslubu ilə seçilən, gənc tişə ustalarından biri Elxan Zeynalov növbəti dəfə ictimaiyyətə yeni bitiridiyi heykəli təqdim edib.
Qaynarinfo xəbər verir ki, yeni əsəri ilə bağlı danışan heykəltaraş əvvəlki əsərlərindən fərli olaraq bu dəfə başqa seçim edib. Azərbaycanın Milli Qərrəmanları Çingiz Qurbanovun, Allahverdi Bağırovun, Polad Həşimovun büstlərini mükəmməl şəkildə yaratmaqla tanınan E. Zeynalov türk şairi, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi,s iyasətçisi və İstiqlal Marşının müəllifi olan Mehmet Akif Ersoyun büstünü yaradıb.
Qeyd edək ki, yaradıcılığa başlayandan E. Zeynalovun əsas məqsədi mənəvi dəyərlərimizi üstün tutaraq milli qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsini əbədiləşdirmək olur. Onun bu mövzuda hazırladığı digər heykəllərdən qardaş Türkiyənin 15 Temmuz şəhidi Ömər Halisdemirin, 2016-cı ilin aprel döyüşləri şəhidi Pəncəli Teymurovun, Bəxtiyar Hüseynovun, Vətən müharibəsində şəhid olan kapitan Həmid Cəfərlinin, Cəlil Cavadovun, Milli Qəhrəman Çingiz Qurbanov və general Polad Həşimovun büstlərini hazırlayıb. Hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tərbiyə müəssisəsində pedaqoji fəaliyyət göstərərək yaradıcılığını da davam etdirir. O, Milli Qəhrəmanlarımızın obrazlarını ölümsüzləşdirməyə qürur hissi ilə davam edəcəyini bildirir.