Xəbər lenti

Gənc müəllimlər işə başladı -VİDEO
Ölkə14:00 06.09.2014

Gənc müəllimlər işə başladı -VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pedaqoji fəaliyyətə qədəm qoyacaq gənc müəllimlər bu il ilk dəfə olaraq and içir. 

ANS TV-nin məlumatına görə, gənc pedaqoqlarda məsuliyyət hissini artırmağa, seçdiyi peşəyə yüksək dəyər verməyə hesablanan bu yenilk bölgələrdə müəllim çatışmazlığı probleminin həllinə, müəyyən mənada yardım məqsədi daşıyır. Nazirlər Kabinetinin ucqar məktəblərdə işləyəcək gənc pedaqoqlara nəzərdə tutulan güzəştlərin artırılması ilə bağlı qərarı da problemin tədricən uğurlu həllinə inam yaradır.

Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova bildirib ki, əvvəllər bu rayona gələn kadrlar bir il işlədikdən sonra öz yerlərini dəyişmək üçün müraciət edirdilər. Amma bu qərar verildikdən sonra gələn kadrlar öz yerlərində qalıb, işləmək qərarına gəliblər. Müdir bu qərarın kadr çatışmazlığının aradan qaldırılmasına çox müsbət təsir göstərəcəyini dedi. 

Rayonun təhsil rəsmisi deyir ki, bu il rayona təyinatla gələnlərdən imtina edib, geri dönmək istəyən olmayıb. Halbuki ötən illərdə gənc müəllimlərin təqribən 40% kənd məktəblərində işləməkdən imtina edirdilər. 

Təyinatla gələn gənc müəllimə Səbinə Şahnamazova deyir ki, Pəlikeş kəndinə təyinatla gəlib. 

Onun üçün 24 saat dərs yükü olduğunu və maaşının 400-500 manat arası olduğunu vurğulayan müəllimə dövlətimizin onlar üçün qurduğu bu şəraitdən razı olduğunu qeyd etdi. 

Təyinatla gələn başqa gənc müəllimə isə Gülayə Həsənovadır. Müəllimə onlara edilən güzəştlərə razılığını bildirdi və "Bu güzəştlər edilməsəydi, bu kənddə işləmək çətin olardı" sözlərini əlavə etdi. 

Övladlarının müəllim kimi fəaliyyətə başlamaları valideynləri sevindirsə də üzləşə biləcəkləri çətinliklər onları narahat edir.

Valideyn Əzim Şahnamazov bu kəndin rayon mərkəzindən 42 km məsafədə yerləşdiyini və bir dağ kəndi olduğunu izah etdi. Ata övladının bu kənddə ailəsilə birgə köçüb işləmək istədiklərini və onların bu kənddə evlə təmin olunması arzusunda olduğunu bildirdi.

Xatırladaq ki, bu gün cənub bölgəsinin bütün rayonlarında ucqar dağ kəndlərində ixtisaslı müəllimlərə böyük ehtiyac var.

Qaynar.info