Xəbər lenti

Gənc müğənni Kəmaləddin Heydərovun mahnısını oxudu
Ölkə06:18 25.04.2014

Gənc müğənni Kəmaləddin Heydərovun mahnısını oxudu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Yaşar Cəlilov Fövqəladə Hallar naziri, bir çox sevilən mahnıların müəllifi, bəstəkar Kəmaləddin Heydərovun (Kamal) yeni bəstəsini ifa edib. 

“Qafqazinfo”nun məlumatına görə, sözləri nəğməkar şair Baba Vəziroğluna, musiqisi Kəmaləddin Heydərova aid "Ulduzlu gecə" mahnısı artıq hazırdır. 

Yaxın günlərdə təqdim olunacaq kompozisiyanın  aranjemanı zamanı 12 skripkadan istifadə olunub. Cəlilovu  Türkiyənin peşəkar skripkaçıları müşayiət edib. "Ulduzlu gecə" lirik janrdadır. 

Qeyd edək ki, "Ulduzlu gecə" mahnısı Y. Cəlilovun bu il işıq üzü görəcək 3-cü albomuna daxil ediləcək.

Qaynar.info