Xəbər lenti

Gənc oğlan dayısını bıçaqladı - Qaxda
Ölkə18:03 03.08.2016

Gənc oğlan dayısını bıçaqladı - Qaxda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qax rayonunda bıçaqlanma hadisəsi baş verib. 
Hadisə bu gün axşam saatlarında rayonun Şıxlar kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Əfqan Əhməd oğlu Xəlilov ailə münaqişəsi zəminində öz bacısı oğlu tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ə.Xəlilovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Dayısını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb. 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)

Qaynarinfo.Az