Xəbər lenti

Gənc yazarla Sumqayıtda görüş keçirildi
Ölkə08:21 21.03.2014

Gənc yazarla Sumqayıtda görüş keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rüfət Əhmədzadə ilə görüş Gənclər Fondunun dəstəyi ilə baş tutub

Sumqayıt şəhərində, İnsan Hüquqlarının Tədrisi üzrə Resurs və Təlim Mərkəzində gənc yazar-tərcüməçi, Hədəf Nəşrlərinin redaktoru Rüfət Əhmədzadə ilə görüş keçirilib.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc yazarların Sumqayıtda imza günləri” layihəsi çərçivəsində baş tutub.

Sumqayıtlı oxuculara öz yaradıcılığından danışan Rüfət Əhmədzadə onlarla ədəbiyyata dair fikirlərini də bölüşüb, yazarlıq arzusunda olan görüş iştirakçılarına tövsiyələrini verib.

Daha sonra yazıçı özünün “Adım anonim qalsın” kitabını gənclərə təqdim edib, eyni zamanda koordinatoru olduğu “Anamın kitabı” Ədəbi Mükafatı və pyes müsabiqəsindən bəhs edib. Müəllif görüşdə iştirak edən gənclərə öz imzası ilə kitablar hədiyyə edib.

Tədbirdə Sumqayıtda yaşayan gənc yazarlar Aydın Şahid və Günel Eyvazlı da iştirak ediblər.

Layihənin rəhbəri Türkan Rəhimova bildirib ki, “Gənc yazarların Sumqayıtda imza günləri” layihəsinin həyata keçirilməsində məqsəd gənc yazarların görüşlərini keçirtməklə onların tanıtımına nail olmaq və  gənclər arasında kitaba olan marağı artırmaqdır. 

Onun sözlərinə görə, Sumqayıtda başqa gənc yazarların da imza günlərinin keçirilməsi nəzərdə tutulur.

Qaynar.info