Xəbər lenti

Gəncə Aşura Gününə necə hazırlaşıb? - AÇIQLAMA
Ölkə12:15 13.11.2013

Gəncə Aşura Gününə necə hazırlaşıb? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncə şəhərində Aşura Günü üçün hazırlıqlar başa çatmaq üzrədir. Bu haqda Qaynar.info-ya Gəncə şəhər icra hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov məlumat verib.

Bu gün axsamdan başlayaraq İmamzadə dini-tarixi kompleksində noyabr ayının  Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən ziyarətgahın ətrafında çadırlar qurulacaq. Artıq təcili tibbi yardım briqadaları yaradılıb, Ziyarətgahda işıqlandırma sisteminin əhatə dairəsi daha da genişləndirilib. Aşura günü içməli su daşıyan maşınlar ziyarətçilərin ixtiyarına veriləcəkdir. Bundan başqa ziyarətçilərə daha rahat şərait yaratmaq üçün xeyriyyəçi insanlar da ziyarətgahda çadırlar qura biləcəklər.

Bu işlər çərçivəsində  İmamzadəyə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. DYP əməkdaşları tərəfindən yollarda sürücülər də bu haqda məlumatlandırılır.

Bundan əlavə Üzeyir Hacıbəyov, Keçid küçələri, İmamzadə Kompleksi istiqamətində piyadaların təhlükəsizliyi üçün şəxsi avtomobillərə məhdudiyyətlər tədbiq olunacaq, hərəkət müəyyən saatlarda maksimum dərəcədə azaldılacaq. “Aşura Günü” münasibətilə şəhərdə ictimai asayişin bərpa olunması və yollarda hərəkətin təhlükəsizliyi üçün patrul naryadlarının  da sayı artırılacaq. Müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək. “Aşura Günü” İmamzadə Dini Kompleksində keçiriləcək tədbirlərdə iştirak etmək istəyən Gəncə şəhəri və ətraf bölgə əhalisi üçün ictimai nəqliyyat vasitələri səhər saatlarından gücləndirilmiş iş rejimində çalışacaq. Zəvvarların kompleksə rahat və təhlükəsiz çatdırılması üçün əlavə 10-a yaxın “İsuzu” və “Qazel” markalı avtobuslar xəttə qoşulacaq.

Qaynar.info