Xəbər lenti

Gəncə Dövlət Universitetinin rektoru işdən çıxarıldı
Ölkə11:49 26.12.2013

Gəncə Dövlət Universitetinin rektoru işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev vəzifəsindən azad olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Y.Əliyev tutduğu vəzifədən azad olunub. Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib.

Y.Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir.

Qaynar.info