Xəbər lenti

Gəncə hadisələrinin aktiv iştirakçısı Gürcüstana qaçarkən saxlanıldı (FOTO)
Ölkə11:08 06.08.2018

Gəncə hadisələrinin aktiv iştirakçısı Gürcüstana qaçarkən saxlanıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilir ki, avqust ayının 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu "Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.