Arxeoloji qazıntılar zamanı şəhərin yaşının əslində 4 min il olduğu məlum olub
Tarixçi Şəhla Məmmədova ANS TV-yə açıqlamasında deyib: "Qədim şəhərin tarixinə dair müxtəlif mənbələrdə çox sayda məlumatlar yazılıb. Bir neçə il əvvəl irəli sürülən versiyaya görə şəhərin yaşı 2500-dən çoxdur. Amma bu yaxınlarda aparılan tədqiqatlar sübut etdi ki, Gəncə daha da qədim yaşayış məskənidir. Arxeoloji qazıntılar zamanı məlum oldu ki, Gəncənin ən qədim yeri Zurnabad adlanan yerdir. Zurnabadda qala divarlarının tikintisi zamanı istifadə olunmuş materiallar ABŞ-ın SmitSon İnstitunun Kimya labarotoriyası şöbəsinə aparıldı və orada məlum oldu ki, şəhərin yaşı əslində 2500 deyil, 4 min ildir”.
Hazırda Gəncə özünün yeni yaşını qeyd etmək astanasındadır və bu yöndə hazırlıq işləri aparılır. 400 min nəfərə yaxın əhalisi olan Gəncə Azərbaycanın əsas elm və təhsil mərkəzlərindən biri olub, Bakıdan sonra elm və tədrisin miqyasına görə ikinci şəhəridir.