Xəbər lenti

Gəncə terorunda valideynlərini itirən Sevilin toyudur (FOTO)
Ölkə16:39 03.01.2024

Gəncə terorunda valideynlərini itirən Sevilin toyudur (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın toyudur.
Qaynarinfo Baku.ws-ə istinadən xəbər verir ki, toy Gəncə şəhərindəki məkanlardan birində keçirilir.
Qeyd edək ki, ötən ilin dekabrında Sevil və Talış cütlüyün nikah mərasimi olub.
Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran sinif yoldaşıdır.
Xatırladaq ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.