Xəbər lenti

Gəncədə 10 may belə qeyd olundu - FOTOLAR
Ölkə08:33 10.05.2014

Gəncədə 10 may belə qeyd olundu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. 

İH-dən Qaynar.info-ya daxil olan xəbərə bildirilir ki, tədbir dahi şəxsiyyətin adını daşıyan meydanda təşkil olunub. Öncə Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə nəzər salınıb. Gəncə  şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev başda olmaqla struktur rəhbərləri, idarə, təşkilat və ictimaiyyət nümayəndələri H. əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Meydanda quraşdırılan nəhəng monitorda Heydər Əliyevin həyatını əks etdirən sənədli film nümayiş olunub.