Xəbər lenti

Gəncədə 15 milyonluq müəmma - ARAŞDIRMA + FOTOLAR
Ölkə09:29 10.06.2014

Gəncədə 15 milyonluq müəmma - ARAŞDIRMA + FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət öncə məlumat yayılmışdı ki, Gəncə çayın sahilindəki park satılıb. Bu məlumatları isə mediaya “Məmməd Burcəliyev” küçəsində yaşayan sakinlər vermişdi.

Məlumatda həmçinin bildirilirdi ki, parkın genişləndirilməsi və Gəncə çayının sahilində bulvarın salınması üçün xüsusi dövlət proqramı hazırlanmış, sözügedən sənəddə 2007-2015-ci illərdə qeyd olunan ərazinin bulvar kimi hazırlanması üçün dövlət büdcəsindən də 15 milyon manat pul ayrılıbmış. Amma həmin vəsaitin necə və hara xərclənməsi müəmmalı olaraq qalıb.

Sakinlərin sözlərinə görə, Gəncə Şəhər İcra Hakmiyyətinin göstərişi ilə 700-800 metr uzunluqdakı parkın təqribən 100-120 metrlik hissəsi 3 metr hündürlüyündə hasara alınaraq yaşı 50-60 il olan 20-dən artıq ağac məhv edilib.  

Gəncə şəhər İcra Hakimiyyətinin sözçüsü Kənan Məmmədov isə mediada yayılan məlumatları təkzib edərək parkın satılmadığını, parkdakı ağacların da kəsilmədiyini bildirmişdi. Ancaq İcra hakmiyyətinin rəsmisi “müəmmalı 15 milyon” məsələsinə toxunmamışdı.

Sakinlər isə ümimiyyətlə İcra Hakimiyyətinin açıqlaması ilə razılaşmır, ərazidə “yaşıl soyqırım”ın həyata keçirildiyini iddia edir, hazırda şəhərdə talançılıq siyasətinin həyata keçirildiyini, bununla bağlı istənilən qədər faktın olduğunu deyirlər.

Gəncədən Qaynar.info-ya daxil olan məlumatda o da bildirilir ki, gəncəlilər dəfələrlə sözügedən ərazidə “yaşıl soyqırım”ın şahidi olublar. Belə ki, iki il əvvəl də belə hadisə baş vermiş, 11 ağac kəsilərək həmin ərazidə kafe tikilib: “İcra Hakmiyyəti dəfələrlə bu məlumatları təkzib edib. Onlar yalan danışırlar. Faktiki olaraq şəhərdə ciddi problem yaşanır. Yəni imkanlı şəxslərə hər cür şərait yaradılır və həmin ərazilər də onlara satılır. Biz dəfələrlə bu cür hadisələrin şahidi olmuşuq. Hətta həmin prakın şəkillərini də çəkib yaydıq. Yenə də xeyri olmadı. İcra Hakmiyyəti çıxıb açıqlama verir ki, Gəncədə heç bir problem yoxdur. Biz məsələ ilə bağlı ölkə başçısına, ağacların kəsilməsi ilə bağlı ekologiya naziri Hüseynqulu Bağırova müraciət etdik. Xahiş elədik ki, Gəncəni bu talançılıqdan xilas eləsinlər. Hər şey göz qabağındadır. Gəncənin “Zərdabi”, “Axundov” və “Bürcəliyev” küsələrinin yaşlı sakinləri, uşaqları gəzinti və istirahət yeri kimi bu parkdan istifadə edirdilər. İndi isə onu söküblər, nə tikəcəkləri isə məlum deyil. Ona görə də, abadlaşdırma adı altında həyata keçirilən bu dağıntının qarşısı alınmalıdır”.

Şikayətçilər bildirirlər ki, Gəncədə bütün tikinti işlərini memarlıq şöbəsinin müdiri Əli Rüstəmli aparır və onu korrupsiyada ittiham edirlər.  Onlar həmçinin iddia edirlər ki, ölkənin ikinci paytaxtında – Gəncədə torpaq sahələrinin satışını da məhz Gəncə Şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq idarəsinin müdiri Əli Rüstəmli həyata keçirir. Ona bu səlahiyyəti isə icra başçısı Elmar Vəliyev verib: "Hətta vəziyyət elə bir həddə çatıb ki, şöbə müdiri Gəncənin bəzi yerlərində şəxsi mülkləri qanunsuz tikililər adı altında sökdürərək öz şəxsi maraqları üçün satmaqla məşğuldur".

Mövzunun aktuallığını və şikayətçilərin xahişini nəzərə alaraq məlumatı və həmin fotoşəkilləri yenidən yaymaq məcburiyyətində qaldıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info