Xəbər lenti

Gəncədə 3 tələbəni maşın vurdu
Ölkə08:59 31.07.2013

Gəncədə 3 tələbəni maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün saat 11:00 radələrində Gəncə şəhəri Heydər Əliyev prospektində 3 piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Nicat Sərdarovun idarə etdiyi “VAZ 21015” markalı avtomobil GDU-nun tələbələri olan Simuzər Mahmudova, Könül Namazova və Çinarə Səfərovanı vurub.

Yaralılar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan televiziyamıza verilən məlumata görə, xəstələrin vəziyyəti normal qiymətləndirilir. Hadisəni törədən Nicat Sərdarov saxlanılıb.

Faktla bağlı Gəncə Şəhər BPİ-də araşdırma aparılır.


Qaynar.info