Xəbər lenti

Gəncədə bəzi ərazilər işıqsız qaldı
Ölkə18:33 12.06.2023

Gəncədə bəzi ərazilər işıqsız qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhər 3-cü mikrorayon və bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
"Report”un məlumatına görə, artıq 1 saata yaxındır ki, Gəncə şəhərinin 3-cü mikrorayon və oranı elektrik enerjisi ilə təmin edən xətt üzərində olan digər ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.
Sakinlərin bildirdiyinə görə, elektrik enerjisinin verilməsində fasilələr tez-tez baş verir.
Qeyd edək ki, hazırda elektrik enerjisinin verilməsində fasilənin yaranmasına texniki problemin səbəb olduğu və həmin problemin aradan qaldırılması istiqamətində işlər aparıldığı bildirilir.