Gəncədə bıçaqlanan "Kəpəz” PFK nun futbolçusu Veysəl Rzayev xəstəxanadan evə buraxılıb.
Teleqraf xəbər verir ki, futbolçu bir neçə gün öncə müalicə aldığı tibb müəssisəsindən evə buraxılıb.
O, hazırda Bakı şəhərindədir. Orada həkimin müayinəsindən keçir. Futbolçunun müalicəsi bu şəkildə davam etsə yaxın günlərdə yüngül məşqlərə başlayacaq.
Məlumat üçün bildirək ki, 24 yaşlı futbolçu üçü fevral gecə saatlarında bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilmişdi. Hadisəni törətçəkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
İnsidentdən sonra klub futbolçu ilə müqaviləsini dayandırmayıb.
Şərhlər