Xəbər lenti

Gəncədə bıçaqlanan şəxs məhkəmə hakiminin köməkçisidir
Ölkə 20:30 26.06.2024

Gəncədə bıçaqlanan şəxs məhkəmə hakiminin köməkçisidir

Gəncədə 2 nəfərin  bıçaq xəsarəti almasının və bir nəfərin qətlə yetirilməsinin detalları məlum olub.


"Unikal"ın əldə etdiyi məlumata görə, hadisəyə qısqanclıq səbəb olub.


Belə ki ,qətl törədən  65 yaşlı Mahir Quliyevlə qeyri-rəsmi münasibətdə  olduğu  45 yaşlı İlhamə Hüseynovanın 25 yaşlı Laçın rayon sakini Akif Ağalarovla münasibəti olmasından şübhələnib.Mahir Quliyev  Cəlil Məmmədquluzadə küçəsində yerləşən evin qarşısına gələrək İlhamə Hüseynova ilə mübahisə edib.


Mübahisədən sonra Mahir Quliyev İlhamə Hüseynovanı bıçaqla qətlə yetirib, daha sonra isə Akif Ağalarovu bıçaqlayıb.


Qadının öldüyünü görən Mahir Quliyev sonra özünə bıçaqla xəsarət yetirib


Hər iki şəxs xəstəxanaya yerləşdirlib.


Qeyd edək ki, bıçaqlanan 25 yaşlı Laçın rayonun sakini  Akif Ağalarov Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Ələkbərovun  köməkçisidir.


Faktla bağlı araşdırma aparılır.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->