Xəbər lenti

Gəncədə bir ailənin üç üzvü bıçaqlandı
Ölkə18:36 30.01.2023

Gəncədə bir ailənin üç üzvü bıçaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə bir ailənin üç üzvü bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub.
Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir
APA-nın məlumatına görə, həmin şəxsləri Elnurə Əlimərdanovun keçmiş həyat yoldaşı yaşadıqları evdə bıçaqlayıb.