Xəbər lenti

Gəncədə dörd qədim qəbiristanlıq tapıldı
Ölkə12:08 30.08.2013

Gəncədə dörd qədim qəbiristanlıq tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Gəncə ərazisində dörd qədim qəbiristanlıq aşkar edilib.

APA-nın məlumatına görə, şəhərin tarixi yerdəyişmələrindən əvvəlki ərazidə - hazırkı Zurnabad kəndi yaxınlığında başlanan araşdırmalar zamanı 4 qədim məzarlıq aşkarlanıb.
 
Araşdırmalar nəticəsində Zurnabad, Gədəmiş, Çıraqlı və Dəstəfur kəndlərində mövcud olan qəbiristanlıqların 4 min il əvvəl şəhər əhalisi tərəfindən salındığı məlum olub. Bunu qəbirüstü yazılar, qəbirlərin inşaat materiallarının tərkibi və məzarlardan tapılan həmin dövrə aid bir neçə əşya təsdiq edir. Hazırda ərazidən tapılmış divar qalıqlarının üzərində tədqiqat işləri aparılır.

Qaynar.info