Xəbər lenti

Gəncədə əlil qadın özünü öldürməyə cəhd etdi
Ölkə06:40 05.12.2013

Gəncədə əlil qadın özünü öldürməyə cəhd etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncə şəhərində ikinci qrup əlil intihara cəhd edib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Kəlbəcər rayon sakini, Gəncədə Dəmir Yol Yataqxanasında məskunlaşan, 58 yaşlı Güllü Süleymanova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən şəxsi xilas etmək mümkün olub. Hazırda onun vəziyyəti orta-ağırdır.
 
Polis əməkdaşlarının araşdırması zamanı məlum olub ki, G. Süleymanova Gəncə şəhər Ruhi Əsəb Dispanserində qeydiyyatdadır və II qrup əlildir. 58 yaşlı qadın yaşamaq istəmədiyini deyib və yaşadığı mənzildə sirkə turşusunu içərək özünü öldürmək istəyib.


Qaynar.info