Xəbər lenti

Gəncədə gənclər mükafatlandırıldı
Ölkə11:15 02.02.2014

Gəncədə gənclər mükafatlandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2 Fevral "Gənclər Günü" münasibətilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı bir qrup fəal gənci mükafatlandırıb

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı "Gənclər Günü" münasibətilə tədbir keçirib. Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, iştirakçıları təbrik edib. 

Ölkəmizdə gənclər siyasətinin əsasının eks-prezident Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Naqif Həmzəyev, Azərbaycan gəncliyinə həmişə olduğu kimi dövlətin bu gün də böyük dəstək göstərdiyini vurğulayıb.

Daha sonra çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov Azərbaycanda uğurla aparılan Gənclər siyasətindən danışıb. Eyni zamanda Müşviq Cəfərov, Respublikanın bütün bölgələrində olduğu kimi, Gəncədə də gənclər üçün hər çür şəraitin və dəstəyin olduğunu diqqətə çatdırıb.

Tədbirdə bir qrup fəal gənclər "Fəxri Fərman"la təltif edilib. 

Sonda xatirə şəkli çəkilib.

Qaynar.info