Xəbər lenti

Gəncədə həkimlər döyüldü
Ölkə08:20 08.07.2013

Gəncədə həkimlər döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə yaxın qohumlarının öldüyünü görən bir qrup şəxs həkim və iki tibb işçisini təhqir edərək onlara bədən xəsarətləri yetiriblər.

Gəncə şəhər Kardioloji Xəstəxanasından APA-nın məlumatına görə, tibb müəssisəsinin reanimasiya şöbəsində müalicə olunan Gədəbəy rayon sakini Vahid Salmanovun yaxşı müalicə edilmədiyindən dünyasını dəyişdiyini iddia edən onun yaxın qohumları dərman şüşələrini yerə çırpıb sındıraraq reanimasiya şöbəsinin həkimi T. Novruzovanı, tibb işçiləri T. Məmmədovanı və M. İsmayılovanı təhqir edib onlara müxtəlif bədən xəsarətləri yetiriblər.

Sözügedən tibb işçiləri Nizami rayon Polis İdarəsinə müraciət ediblər. Hazırda fakt üzrə hüquq mühafizə orqanları araşdırma aparırlar.

Qaynar.info