Xəbər lenti

Gəncədə hemofiliya xəstəsi bıçaqlanıb
Ölkə19:40 03.05.2016

Gəncədə hemofiliya xəstəsi bıçaqlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə bıçaqlanma olub. 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1972-ci il təvəllüdlü Asif Həsənov sağ bazu, said və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yarım xəstəxanasına yerləşdirilib. 
Ona dərhal tibbi yardım göstərilib. Hemofiliya xəstəsi olan A. Həsənovun vəziyyəti ağırlaşdığından o özəl klinikaların birinə aparılıb. A. Həsənovun sözlərinə görə, o mübahisə zəminində Məmməd adlı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qaynarinfo.az