Xəbər lenti

Gəncədə kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma: yaralı var
Ölkə07:09 26.10.2017

Gəncədə kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma: yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub.
"Report”un xəbərinə görə, hadisə Kəpəz rayonunda yerləşən "Miraj” çay evində baş verib.
Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən "Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.
Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.
Qaynarinfo.Az