Xəbər lenti

Gəncədə küləyin daha bir fəsadı: 450 evin qazı kəsildi (FOTO)
Ölkə07:22 01.02.2020

Gəncədə küləyin daha bir fəsadı: 450 evin qazı kəsildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə 450 evə müvvəqqəti olaraq təbii qaz təhcizatı dayandırılıb.
Bu barədə Qaynarinfo-ya "Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib. Onun sözlərinə görə, buna səbəb yanvarın 31-də saat 20:00-də güclü külək nəticəsində Gəncə şəhəri Heydər Əliyev prospektində 85 saylı binanın qarşısında çinar ağacının aşaraq qaz xəttinin üzərinə düşməsidir:
"Hadisə vaxt diametri 100 mm olan orta təzyiqli qaz xətti zədə alıb. Təhlükəsizlik qaydalarına riayət olunaraq, 450 abonnetin yaşadığı evə qaz xəttinin verilməsi dayandırılıb. Hazırda  ərazidən ağac yığışdırılıb və kəmərin təmiri prosesinə başlanılıb. Saat 11:00-a kimi fəsadlar aradan aldırılacaq və evlərə təbii qazın verilməsi bərpa olunacaq”.
Bahar Rüstəmli