Xəbər lenti

Gəncədə məhkəməsi olan erməni: "Torpaqlardan çıxın"
Ölkə15:45 13.04.2015

Gəncədə məhkəməsi olan erməni: "Torpaqlardan çıxın"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrında Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə birinci baxış iclası keçirilib. Qaynar.info "Kəpəz TV"yə istinadən xəbər verir ki, iclas hakimlər Elbəy Allahverdiyevin sədrliyi, Zabil Qasımov və Elmin Rüstəmovun iştirakı ilə təşkil olunub. Məhkəmədə erməni kəşfiyyatçını Ağdam rayonunun Zəngişalı kəndi ərazisində ələ keçirən azərbaycanlı hərbçilər də iştirak edib.
Erməni kəşfiyyatçının cinayət işi üzrə birinci baxış iclasında Arsen Baqdasaryan 2 nəfər tərcüməçi (Səidə Abbasova və Fərhad İsgəndərov) ilə təmin edilib. Əsir götürülən kəşfiyyatçının müdafiəçisi Vəkillər Kollegiyasının üzvü Ramiz Abdullayevdir. Məhkəmə iclasında 4 nəfər zərərçəkən hərbçi və 2 nümayəndə iştirak edib.
Erməni kəşfiyyatçı ona qarşı qaldırılan ittihamlara etiraz etməyib. O, Ermənistan hökumətinə müraciət edərək, Azərbaycana məxsus torpaqların azad olunmasını istəyib: “Azərbaycanlılarla ermənilər illərlə yaxşı münasibətdə olub. Ermənistan azərbaycanlıların torpağını geri qaytarmalıdır. Azərbaycan müharibə istəmir, özünə məxsus torpaqları tələb edir. Erməni əsgərlərə səslənərək bildirirəm ki, siz başqasının torpağından geri çəkilməlisiniz. Ermənistanda olan azərbaycanlı əsirlər geri qaytarılmalıdır. Həbsdə olduğum müddətcə mənə qarşı yaxşı rəftar olunub, geyim və qida ilə daim təmin edilmişəm. Bunun üçün Azərbaycan prezidentinə təşəkkür edirəm. Diqqətinizə çatdırıram ki, bu söylədiklərimi mənə heç kəs diqtə etməyib, bu, mənim sərbəst düşüncəmdir”. 
Arsen Baqdasaryan ermənilərə səslənərək silahları yerə qoymağa, torpaqlardan geri çəkilməyə, əsir və girovları qaytarmağa çağırıb: "Mən dövlətə xəyanətə görə ittiham olunsam da, bu cinayətə görə pis rəftar görməmişəm. Mən Ermənistan respublikasına və Dağlıq Qarabağ əhalisinə müraciət etmək istəyirəm. Onlar başlarından, fikirlərindən düşmən sözünü çıxarsınlar. Nəyə görə siz dostluq münasibətində yaşamadınız?! Hansı ki, neçə illər dostluq münasibətində yaşayırdınız. Nəyə görə siz Azərbaycan xalqına öz torpaqlarını qaytarmaq istəmirsiniz? Mən valideynlərimə, qohumlarıma, dostlarıma, hərbçi yoldaşlarıma, bütün erməni əhalisinə müraciət etmək istəyirəm ki, siz xoşlayırsınız ki, postda duran zaman eşidirsiniz ki, yenə əsgər həlak olub. Siz elə bilirsiniz ki, onlar müharibə aparmaq, döyüşmək istəyirlər. Bu, iki zəhmətkeş xalqdır. Mən Bakıda həbsdə olarkən elə şəxslərlə görüşdüm ki, onların hələ də yaddaşındadır, ermənilərlə necə dostluq münasibətində yaşayıblar. Mən bilirəm ki, sizin də içərinizdə dostluq münasibətində yaşayanlar olub, hətta toy da ediblər. 
Normal insanlar başqasından oğurluq etmirlər, torpağını almırlar. Nəyə görə siz hərbi əsirləri qaytarmaq istəmirsiniz, hansılar ki, Ermənistandadırlar. Nəyə görə siz ataları, qardaşları öz ailələrinə qaytarmaq istəmirsiniz. Siz elə bilirsiniz ki, postları boşaldanda azərbaycanlılar sizi incidəcəklər? Belə şey ola bilməz. Bunu mən, erməni soyadı daşıyan Baqdasaryan deyirəm. Siz görəcəksiniz ki, mən özüm danışıram. Allaha and içirəm ki, məni heç kim, heç nə deməyə məcbur etmir. Burada məni yaxşı yedizdirirlər, geyindirirlər. Buna görə minnətdaram. Azərbaycan xalqına vurulan zərbələrə və 20 il keçməsinə baxmayaraq, erməni xalqına ədalətli münasibət göstərilir. Hər şeyə görə minnətdaram”.
Məhkəmədə vəkil Ramiz Abdullayev də çıxış edib: "Bizim Respublikamız hüquqi, dünyəvi, sivil dövlətdir. Avropa Şurasının üzvlüklə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunur. Bu baxımdan hesab edirəm ki,  Baqdasaryanın müdafiəçisi olmağım hüquq müdafiəçisi olan insanlara aydındır”.
Barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilən Arsen Baqdasaryana dövlət ittihamçısı Anar Mirkişiyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, növbəti məhkəmə iclası aprelin 20-də keçiriləcək.
Qaynar.info